MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Müğənninin konserti xəstəliyi səbəbindən ləğv edilib

Nikolay Noskovun Sankt-Peterburqdakı konserti səhhətinə görə ləğv edilib

Rusiyı Məşhur müğənni Nikolay Noskovun 12 aprel tarixində Sankt-Peterburqdakı “Laxda Hall”da baş tutmalı olan konserti onun səhhəti ilə bağlı problemlərə görə ləğv olunub.

32gun.az bildirir ki, bu barədə  ifaçının “VKontakte” sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.

“Dostlar! Təəssüf ki, sizə pis xəbər verməliyik. Sabah ‘Laxda Hall’da keçirilməsi planlaşdırılan Nikolay Noskovun konserti ləğv olunub,” — deyə paylaşımda bildirilib.

Təşkilatçılar qeyd ediblər ki, müğənninin səhhəti Sankt-Peterburqa səfər etməsinə və tamaşaçılarını çıxışı ilə sevindirməsinə imkan vermir: “Hazırda Nikolay üçün ən vacib olan sağlamlığını qorumaqdır.”

“Laxda Hall”un rəsmi saytı vasitəsilə alınmış biletlərə görə ödənişlər yaxın üç gün ərzində avtomatik qaytarılacaq.

Nilay 

Oxşar Xəbərlər