Qazaxıstanlı bloqqer ruslar haqqında mahnıya görə həbsxanaya göndərilib
Qazaxıstanda bloger Temirlan Yensebek milli ədavət yaydığı üçün 5 il azadlıqdan məhdudlaşdırma cəzası aldı
Almatının Nauryzbai rayon məhkəməsi qazaxıstanlı bloger Temirlan Yensebeki Instagram-da ruslara qarşı təhqiramiz ifadələr olan mahnını paylaşdığı üçün 5 il müddətinə azadlığının məhdudlaşdırılması ilə cəzalandırıb.
32gun.az bildirir ki, bu barədə RIA Novosti məlumat yayıb.
Məlumata görə, "Йоу, орыстар" (azərbaycanca: "Ey, ruslar") adlı trek qeyri-etik leksika və şovinizm xarakterli fikirlər ehtiva edib.
Məhkəmənin mətbuat xidmətindən bildirilib ki, 34 min izləyicisi olan səhifənin administratoru olan Yensebek bu paylaşımı ilə Qazaxıstan qanunvericiliyində təsbit olunan etnik harmoniya prinsiplərini pozub.
"Paylaşılan material xalqın birliyinə zərbə vuran, milli ləyaqət və şərəfi açıq şəkildə təhqir edən ifadələrdən ibarət idi", – deyə məhkəmədən qeyd olunub.
Yensebek özünü təqsirli saymasa da, məhkəmə işi araşdıraraq ittiham üçün kifayət qədər sübutun olduğunu bildirib. Hökmlə yanaşı, blogerə müəyyən fəaliyyətlə məşğul olmaq da qadağan edilib.
Ayxan