İDMAN
“Tottenhem”in aparıcı futbolçusu zədələndi
İngiltərənin “Tottenhem” komandası ciddi itki ilə üzləşib.
"32gun.az" xarici mətbuata istinadən xəbər verir ki, London təmsilçisinin əsas heyət üzvlərindən biri - Ceyms Meddison sıradan çıxıb.
28 yaşlı yarımmüdafiəçi ön çarpaz bağından zədə alıb.
Əməliyyat olunacaq ingiltərəli oyunçunun yeni mövsümün böyük hissəni buraxmaq ehtimalı var.