İDMAN

“İmişli” “Sabah”ın müdafiəçisini transfer etdi

“İmişli” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"32gun.az" xəbər verir ki, bu barədə klubun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sol cinah müdafiəçisi Tuncay Yusifli ilə 2 illik müqavilə imzalanıb.

20 yaşlı oyunçu “Sabah”ın əvəzedici heyətindən transfer olunub.

Qeyd edək ki, “İmişli” 2025-2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək.

Oxşar Xəbərlər