MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Müğənni Avroviziya dövründəki imicinə qayıdıb

Dima Bilan yeni imici ilə səhnəyə çıxdı

Məşhur rusiyalı müğənni Dima Bilan konsertdə yeni imici ilə tamaşaçıların qarşısına çıxıb.

33gun.az xəbər verir ki, o, görüntülərini özünün Telegram kanalında paylaşıb.

Sənətçi ağ pencək və şalvar geyimində səhnəyə çıxaraq, imicini dəyişib və “Avroviziya” dövründəki görünüşünü qaytardığını bildirib.
"Bağışlayın, mənə yenə 18 yaşım oldu," — deyə Bilan yazıb.

Xatırladaq ki, mart ayında müğənni rotavirus infeksiyasına yoluxduğunu açıqlamışdı. O, xəstəliyi “çox xoşagəlməz və dəhşətli” adlandıraraq, bütün gecəni yatmadığını demişdi.

Bundan əlavə, 2024-cü ilin dekabrında Bilan etiraf etmişdi ki, fanatlarının hədiyyə etdiyi yeməkləri qəbul etmir. Onun sözlərinə görə, bir dəfə pərəstişkarın gətirdiyi şirniyyatı dadandan sonra özünü pis hiss edib və hətta “kimsə ona daxil olub” kimi qəribə bir hiss yaşayıb. O vaxt müğənni çəkilişlərdə olduğu üçün vəziyyətinin xüsusilə ağır keçdiyini bildirmişdi.
Niyaz 

Oxşar Xəbərlər