MƏDƏNİYYƏT - ŞOU

Röyaya "zon"da hazırlanmış təsbeh bağışlanıb? - Hədiyyəni verən görün kimdir (VİDEO)

Müğənni Röya Ayxana dostu maraqlı hədiyyələr bağışlayıb.

Bununla bağlı müğənni “Instagram” səhifəsində paylaşım edib.

Belə ki, dostu müğənniyə ayaqları “R” formasında olan nərd masası və nərd, həmçinin təsbeh bağışlayıb. Hər iki hədiyyə əl işidir. Nərdin zərləri də fərqlidir. Röya Ayxan bildirib ki, bundan sonra onlarda nərd oynamaq istəyənlərin şeş-qoşası “R” olacaq. Çünki zərin üzərində “6” xallıq göstəricinin yerində müğənninin adının baş hərfi, “R” yazılıb. Təsbeh də eyni hərflə bəzədilib. Səkkizguşəli ulduzun mərkəzində yenə də “R” hərfi qeyd edilib. 

32gun.az xəbər verir ki, təsbehin həbsxanada hazırlandığı iddia edilib. Belə ki, təsbehin ucundakı "R" hərfi yazılı "vasminka" (ulduz) da bu iddianı daha da gücləndirib. 

Nilay 

 

Oxşar Xəbərlər