HADİSƏ

Gəncədə iki avtomobil toqquşdu

Gəncədə yol qəzası qeydə alınıb.

"32gun.az"ın məlumatına görə, hadisə şəhərin Mir Cəlal Paşayev küçəsində baş verib. Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza nəticəsində 2005-ci il təvəllüdlü H.Süleymanov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər