HADİSƏ
Qusarda ağır qəza baş verib, xəsarət alanlar var
Qusarda yol qəzasında 4 nəfər yaralanıb
"32gun.az"ın Şimal bürosunun məlumatına görə, Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində 3 nəfər kişi, 1 nəfər qadın ağır xəsarət alıblar. Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Yaralıların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.