SİYASƏT

"Türkiyə–Azərbaycan qardaşlığının təməlində Heydər Əliyevin liderliyi dayanır" - Birol Akgün

Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin yenidən və möhkəm əsaslar üzərində qurulmasında Ümummilli Lider Heydər Əliyevin rolu danılmazdır.

“32gub.az”ın məlumatına görə, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün jurnalistlərə açıqlamasında bildirib ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi çoxsaylı çətinliklərin aradan qaldırılmasına, dövlətçiliyin möhkəmlənməsinə və ölkənin iqtisadi-mədəni inkişafına mühüm təsir göstərib. Səfir onu “qurucu lider” kimi xarakterizə edərək vurğulayıb ki, bu günkü Azərbaycanın əsasını böyük ölçüdə məhz Heydər Əliyev qoyub.

Birol Akgün həmçinin Ümummilli Liderin məşhur “Bir millət, iki dövlət” fikrini xatırladaraq, bu şüarın hər iki ölkə üçün dəyərli bir irs olduğunu qeyd edib.

Oxşar Xəbərlər