İDMAN
Nazir və Akademiya rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdi
Azərbaycan Respublikası gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev və hər iki qurumun kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad olunub, abidənin önünə gül dəstələri düzülüb.
Daha sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.