HADİSƏ
Minik avtomobilləri toqquşdu, xəsarət alan var
Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var.
“32gin az” unikal'a istinadən məlumat verir ki, hadisə şəhərin Qələbə meydanı ərazisində qeydə alınıb. "Opel" və "Toyota" markalı avtomobillərin toqquşması nəticəsində müxtəlif bədən xəsarətləri alan "Toyota" markalı avtomobilin 1976-cı il təvəllüdlü sərnişini Məlahət Quliyeva xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.