İDMAN
Azərbaycan İdman Akademiyasında EMG və HD-EMG üzrə Elmi-Praktik Seminar
Türkiyənin Ordu Universitetinin dosenti Dr. Hasan Sözen işgüzar səfər çərçivəsində Azərbaycan İdman Akademiyasının professor-müəllim heyəti və tələbələri üçün "İdman elmlərində elektromiyoqrafiyanın tətbiqi, EMG-dən HD-EMG-yə keçid və bu sahədə müasir yanaşmalar" mövzusunda elmi-praktik seminar keçirib.
Seminarda elektromiyoqrafiyanın idman elmlərində istifadəsi, müasir ölçmə texnologiyaları, məşq prosesinin elmi əsaslarla qiymətləndirilməsi və praktik tətbiq imkanları haqqında ətraflı məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.