Qazaxda qəzada ölən Nicat hərbi polisin əməkdaşı imiş - FOTO
Xəbər verdiyimiz kimi, Qazaxda maşının divara çırpılması nəticəsində bir nəfər ölüb, biri isə yaralanıb.
"Unikal"ın məlumatına görə, qəzada həyatını itirən 24 yaşlı Nicat Alıyev hərbi polisin əməkdaşı olub.
Qeyd edək ki, hadisə zamanı 29 yaşlı Mustafa Vələdov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib
***10:00
20.12.2025-ci il tarixində saat 02:30 radələrində Qazax rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1996-cı il təvəllüdlü şəxs (kişi) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub".
Bu barədə Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, ona dəqiqləşməmiş kəllə-beyin travması diaqnozu təyin edilib:
"Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir. Hadisə nəticəsində 2001-ci il təvvəlüdlü şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda vurğulanıb.
***
Qazaxda 1 nəfərin ölümü 1 nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Dəmirçilər kəndində baş verib.
Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb.
Nəticədə 2001-ci il təvəllüdlü N.Alıyev ölüb,1996-cı il təvəllüdü M.Vələdov isə xəsarət alıb.
Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.