HADİSƏ
Gəncədə iki avtomobil toqquşdu, xəsarət alan var
Gəncədə yol qəzası olub.
"32gun.az"ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 1999-cu il təvəllüdlü E.Quziryani xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.