HADİSƏ

Bakıda iki nəfər dəm qazından boğularaq öldü

Bakıda iki nəfər dəm qazından boğularaq ölüb.

"32gun.az" xəbər verir ki, 1955-ci il təvəllüdlü Gülxar Əhədova yaşadığı Keşlə qəsəbəsində evin hamamında dəm qazından zəhərlənərək ölüb.

Qaradağ rayonunda isə yanvarın 11-də 1960-cı il təvəllüdlü Seyfulla Seyfullayev yaşadığı mənzilin hamamında dəm qazından zəhərlənərək ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər