Seymur Orucov növbəti səyyar qəbullar keçirib
Ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı rayonun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbullarını davam etdirir. Müvafiq qrafikə uyğun olaraq Köhnəqışlaq və Aşağı Göycəli kənd tam orta məktəb binalarında təşkil olunan növbəti səyyar qəbullarda aidiyyəti idarə, müəssisə və təşkilatların səlahiyyətli nümayəndələri, eləcə də yerli sakinlər iştirak ediblər.
RİH başçısı çıxışında Respublikanın hər yerində, o cümlədən Ağstafa rayonunda mütəmadi olaraq əhali ilə keçirilən görüşlərin və vətəndaşların səyyar qəbullarının əhəmiyyətinə toxunaraq bildirib ki, əsas məqsəd dövlət siyasətinin əsas istiqamətlərindən olan yerlərdə əhalinin sosial rifahının diqqətdə saxlanılmasıdır. Həmçinin qeyd olunub ki, hər kəs yaşadığı ünvanı tərk etmədən rahat qaydada mobil cihazları vasitəsi ilə “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına daxil olmaqla da istənilən məzmunlu müraciətini Ağstafa Rayon İcra Hakimiyyətinə ünvanlaya bilər.
Səyyar qəbullarda vətəndaşları maraqlandıran məsələlər ətraflı araşdırılıb. Aidiyyəti üzrə məsul şəxslərə nəzarət qaydasında tapşırıq və zəruri tövsiyələr verilib.