HADİSƏ

Zəngilandan DƏHŞƏTLİ XƏBƏR - FOTO

Bu gün Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Babayev Vaqif Əlizad oğlu Zəngilanın Bartaz qəsəbəsi ərazisində minaya düşüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə günorta saatlarında baş verib.

Minaya düşən 1972-ci il təvəllüdlü ANAMA əməkdaşının vəziyyətinin ağır olduğu bildirilir. O, Bakıya xəstəxanaya çatdırılıb. Məlumata görə, Vaqif Babayev ANAMA-da qrup rəhbəridir.

Hüquq-mühafizə orqanlarından “Qafqazinfo”ya faktı təsdiqləyiblər.

Oxşar Xəbərlər