İDMAN

Elçin Quliyev Firdovsi Umudovu təltif etdi (FOTO)

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev DSX-nin polkovnik-leytenantı Firdovsi Umudovla bağlı əmr imzalayıb.

Unikal.org-un məlumatına görə, müvafiq əmrə əsasən “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəis müavini, İdman bölməsinin rəisi, Şöhrət ordenli Əməkdar məşqçi Firdovsi Umudov “Hərbi Xidmətdə fərqlənməyə görə 2-ci dərəcəli” medalla təltif edilib.

Bu barədə dünya və Avropa çempionu, Olimpiya mükafatçısı Hacı Əliyev öz “İnstaqram” hesabında paylaşım edib.

Oxşar Xəbərlər