“Spartak” klubunun futbolçusu Roman Zobnin Soçidə yerləşən oteldə zəhərlənib.
32gun.az xəbər verir ki, həmin oteldə bundan əvvəl də təxminən 100-ə yaxın uşaqda oxşar simptomlar aşkar edildiyi bildirilir.
32gun.az bildirir ki, bu barədə Shot" telegram kanalı məlumat yayıb.
Məlumata görə, Roman Zobnin Soçiyə öz futbol akademiyasının komandası ilə birlikdə təlim-məşq toplanışına gəlib. Toplanışlar yanvarın 4-də başlayıb. İlk günlərdə uşaqlar qidalanmanın çox yaxşı olduğunu bildiriblər. Zəhərlənənlər arasında təkcə uşaqlar deyil, böyüklər də var.
Qeyd olunur ki, oteldə digər idman növləri ilə məşğul olan uşaqlar da zəhərlənib. Zərərçəkənlər arasında reqbiçilər, futbolçular və gimnastlar yer alır. Hadisə ilə bağlı yerli prokurorluq araşdırma aparır.
Xatırladaq ki, Rusiya Premyer Liqası hazırda qış fasiləsindədir. Çempionatda 18 tur keçirilib. Turnir cədvəlinə 18-ci turda ÇSKA-nı məğlub edən və 40 xal toplayan “Krasnodar” liderlik edir. “Zenit” 39 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 37 xalla “Lokomotiv” tamamlayır. ÇSKA 36 xalla dördüncü, “Baltika” isə 35 xalla beşinci yerdədir. Payızda baş məşqçi Deyan Stankoviçlə yollarını ayıran “Spartak” 29 xalla altıncı pillədə qalır.
Ayaz