SOSIAL

SON DƏQİQƏ! Rəsmən açıqlandı: Pensiyalar bu qədər artacaq

2022-ci ildə yaşa, əlilliyə və ailə başçısına itirməyə görə pensiyalarda gözlənilən artımlar məlum olub.

32gun.az-ın  məlumatına görə, bu, Hesablama Palatasının “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi layihəsinə rəy”ində əksini tapıb.

Başqa sözlə, cari ilin əvvəli ilə müqayisədə 2022-ci ilin müvafiq dövründə yaşa görə pensiya növü üzrə orta aylıq pensiya məbləğinin 40,5 manat (12,2%) artaraq 371,9 manat (2021-ci ildə 331,2 manat), əlilliyə görə pensiya növü üzrə orta aylıq pensiya məbləğinin 38,0 manat (14,6%) artaraq 298, 9 manat (2021-ci ildə 260,9 manat), ailə başçısını itirməyə görə pensiya növü üzrə orta aylıq pensiya məbləğinin isə 34,8 manat (13,2%) artaraq 297,8 manat (2021-ci ildə 263 manat) olacağı gözlənilir.

Oxşar Xəbərlər