SOSIAL
Polis bu yeniyetmə qızın axtarışları üçün əməliyyata başladı - Bakıda (Foto)
Bakıda Alina adlı yeniyetmə qız itkin düşüb.
32gun.az xəbər verir ki, bu barədə Alinanın anası məlumat yayıb.
O bildirib ki, qızı bu gün saat 12:30 radələrində taksi ilə evə yollanıb. Günəşlidəki “Bravo” marketin yanında, evinin yaxınlığında taksidən düşüb, amma evə gəlməyib.
O, qızını görənlərdən Daxili işlər Nazirliyinə, yaxud onun 050 389 16 69 mobil nömrəsinə məlumat vermələrini xahiş edib.
Alinanın əynində açıq yaşıl rəngdə gödəkçə, boz şalvar, qəhvəyi çəkmələr olub.