İDMAN

Azərbaycanlı tanınmış güləşçi narkotiklə saxlanıldı - Federasiyadan AÇIQLAMA (YENİLƏNİB)

Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunda yanvar ayının əvvəlindən keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 nəfər saxlanılıb. Saxlanılanlar arasında tanınmış sərbəst güləşçi,  Avropa Oyunlarının qalibi olmaqla yanaşı, eyni zamanda gənclər üzrə dünya çempionu Mahir Əmiraslanov da var.

Azərbaycan Güləş Federasiyasənən mətbuat katibi Sərxan Musalı 32gun.az-a  bununla bağlı açıqlama verib.

O açıqlamasında, güləşçinin adının belə məsələdə hallanmasından təəssüf keçirdiklərini bildirib:

"Bildiyiniz kimi, Mahir Əmiraslanov Azərbaycanın titullu idmançılarındandır. İstedadlı güləşçi olmasına baxmayaraq nizam-intizamslı hərəkətlərə də yol verib. O sonuncu dəfə Azərbaycan Çempionatında güləşdi, medalçılar sırasına düşə bilmədi. Buna görə də artıq milli komandanın üzvü deyildi.

Biz federasiya olaraq bu cür hərəkətlərə daim qarşıyıq, onların pis vərdişlərdən uzaq durması üçün daim təbliğat işləri aparırırq. Bu cür məsələlərə çox həssas yanaşırıq. Nizam-intizama uymayan idmançı da nəticəsindən asılı olmayaraq yığma komandadan uzaqlaşdırılır".

Nilufər 

***18:40

Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunda yanvar ayının əvvəlindən keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 nəfər saxlanılıb. Saxlanılanlar arasında tanınmış sərbəst güləşçi Mahir Əmiraslanov da var.

32gun.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanıb. İstintaq hərəkətləri davam etdirilir. Əmiraslanov barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, Mahir Əmiraslanov Minskdə keçirilən II Avropa Oyunlarının qalibi olmaqla yanaşı, eyni zamanda gənclər üzrə dünya çempionudur.

Oxşar Xəbərlər