MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

İrina Şeyk Kann Kino Festivalında qara libası ilə diqqət çəkdi

Dünyaca məşhur supermodel İrina Şeyk Kann Kino Festivalının qonağı olub.

32gun.az bildirir ki, bu barədə Vanity Fair məlumat yayıb.

Model qabarıq qollu və açıq çiyinli qara ziyafət libasında kamera qarşısına çıxıb. Onun obrazını məxmər əlcəklər, brilyant sırğalar və üzük tamamlasa da, saçları yığılmış hündür topuz şəklində düzülüb və önə buraxılmış tellərlə ahəng yaradılıb. Şeykə axşam makiyajı edilib – dumanlı tuş və tünd çalarlı təbii pomada ilə.

Aprel ayında məlum olub ki, İrina Şeyk Nyu-Yorkda yerləşən mənzilini 3,25 milyon dollara satıb. 228,7 kvadratmetrlik bu daşınmaz əmlakın interyeri açıq tonlarda dizayn olunub və orada 2 yataq otağı, 3 vanna otağı, həmçinin ev ofisi var. Mənzilin əsas üstünlüklərinə yüksək tavan, panoram pəncərələr və palıd parket döşəməsi daxildir. Bina 2008-ci ildə inşa edilib, damında terras var və 24 saat işləyən konsiyerj xidməti göstərilir.

Qeyd edək ki, İrina Şeyk bu evi 2010-cu ildə 1,96 milyon dollara almış, 2024-cü ilin iyununda isə 4,2 milyon dollara satışa çıxarmışdı. Lakin qiyməti bir neçə dəfə endirdikdən sonra daha ucuz qiymətə satıb.

Nilay 

Oxşar Xəbərlər