MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Müğənni restorandan qovulub - DJ ilə dalaşıbmış / Burunu sınıb (VİDEO)

DJ Smash-lə mübahisə edən Lida restorandan çıxarılıb, sonra xəstəxanaya düşüb

Məşhur rusiyalı strimer və ifaçı Lida (əsl adı – Nikolay Romadov) DJ Smash (əsl adı – Andrey Şirman) ilə yaşanan insidentdən sonra restorandan çıxarılıb və burnu sındığı üçü xəstəxanaya düşüb.

32gun.az bildirir ki, hadisənin görüntüləri Lidanın Telegram kanalında yayımlanıb.

Lida restoranlardan birindən canlı yayım edərkən orada DJ və prodüser DJ Smash-ı görüb. O, əvvəlcə onunla şəkil çəkdirmək istəyib, lakin rədd cavabı alıb. Daha sonra Lida ona birlikdə mahnı yazmağı təklif edib.

Mühafizəçilər Lidanın kamera ilə çəkiliş etdiyini görərək onu masadan uzaqlaşdırıblar. Elə bu an canlı yayım yarımçıq kəsilib. Daha sonra kanalda təcili tibbi yardım maşınından video paylaşılıb. Videoda Lidanın burnunun sındığı görünür, lakin xəsarətə kimin səbəb olduğu məlum deyil.

Bu insidentdən əvvəl aktyor Ruslan Aldonin də döyülmə hadisəsindən sonra səhhətinin ağır olduğunu bildirmişdi. O, özünü yenidən pis hiss etdiyini deyərək təcili yardım çağırmalı olub və çəkilişlərdən imtina etdiyini açıqlayıb.

Nilay 

Oxşar Xəbərlər