"Atları Yəhərləyin" filminin çəkilişlərindən nadir foto gündəm oldu
1983-cü ildə çəkilmiş “Atları yəhərləyin” filminin çəkilişlərindən maraqlı bir kadr sosial şəbəkələrdə paylaşılıb və qısa zamanda gündəmə çevrilib.
32gun.az xəbər verir ki, Fotoda tanınmış sənət adamları — Azərbaycan aktyoru, rejissor, Azərbaycanın Xalq artisti Həsənov Ənvər Cəfər oğlu, Azərbaycan kino rejissoru, aktyor və Azərbaycanın Xalq artisti Ramiz Əzizbəyli, həmçinin Ənvər müəllimin həyat yoldaşı Mömünat xanım və qızları Aytən əks olunublar.
Kadr həm sənət adamlarının şəxsi münasibətlərini, həm də 80-ci illərin kino çəkiliş mühitini əks etdirməsi ilə tamaşaçılarda böyük nostalji hisslər yaradıb.
Qeyd edək ki, “Atları yəhərləyin” Azərbaycan kinematoqrafiyasının yaddaqalan ekran işlərindən biridir və bu cür nadir fotolar kino sevərlərin xüsusi marağına səbəb olur.
Ayaz