Üç xalq artisti: Unudulmaz anların fotosu
Sosial şəbəkələrdə Xalq artistləri Ramiz Novruz, Nurəddin Mehdixanlı və Telman Adıgözəlovun illər əvvəl çəkilmiş gənclik fotosu yayılıb.
32gun.az xəbər verir ki, Təqdim olunan foto sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub.
Foto, Azərbaycan teatr və kino sənətinin üç nəhəngini bir araya gətirir. Bu unudulmaz an hər üç sənətkarın gənclik dövrünə aid olmaqla, onların hələ Xalq artisti adını almazdan əvvəlki parlaq illərini əks etdirir.
Ramiz Novruz (solda), Nurəddin Mehdixanlı (ortada) və Telman Adıgözəlov (sağda) əllərində güllərlə, gülümsəyərək kameraya poz veriblər. Bu foto, onların sənətə olan sevgisinin və dostluqlarının bariz nümunəsidir.
Görkəmli sənətkarların gənclik fotosunun gündəmə gəlməsi, onların xatirələrinə ehtiramın bir daha göstəricisidir. Onların hər biri Azərbaycan mədəniyyətinə böyük töhfələr verib və xatirələri hər zaman hörmətlə anılacaq.
Nilay