MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Plus-size model Eşli Qrem leopard printli çimərlik geyimində fotosessiya etdi

Məşhur plus-size model Eşli Qrem çimərlik geyimində yeni fotosunu sosial şəbəkədə paylaşıb.

32gun.az xəbər verir ki, O, leopard printli bəzəkli çimərlik geyimi, saman şlyapası və təbii obrazı ilə diqqət çəkib. Qrem fotolarda saçlarını açıq saxlayıb və makiyajdan imtina edib. Modelin bədənindəki çatlaq və sellülit izlərini gizlətməməsi izləyicilər tərəfindən müsbət qarşılanıb.

Xatırladaq ki, mart ayında Eşli Qrem Parisdə Luvrda keçirilən şam yeməyinə kişi üslubunda geyimdə – jilet, köynək, qalstuk və şalvarda qatılmışdı.

Ötən ilin dekabrında isə model Londonun Albert Hollda təşkil edilən Fashion Awards mərasimində qara büstiyerli və şəffaf ətəkli libası ilə diqqət mərkəzinə düşmüşdü. O, obrazını hündürdaban səndəl, sırğa, boyunbağı və üzük ilə tamamlamışdı. Stilistlər onun saçını yüksək topuz formasında yığmış, vizajistlər isə qara layner və nude dodaq boyası ilə makiyaj etmişdilər.

Qeyd edək ki, Eşli Qrem 2022-ci ilin yanvarında əkiz oğlan dünyaya gətirib. Çətin doğuşdan sonra model cəmi bir neçə ay ərzində – may ayında – yenidən iş fəaliyyətinə qayıdaraq müxtəlif brendlərlə əməkdaşlığa başlayıb. O, Spanx üçün çılpaq fotosessiyada iştirak edib və alt paltarı brendi Knix ilə əməkdaşlığa start verib.

Nilay 

Oxşar Xəbərlər