MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Hüseyn Cavidin, Səməd Vurğunun və Cəfər Cabbarlının qızlarının arxiv - FOTOSU

Sosial şəbəkələrdə Azərbaycanın ədəbiyyat tarixində mühüm iz qoymuş şəxsiyyətlərin övladlarının nadir bir fotosu paylaşılıb və gündəm olub.

32gun.az xəbər verir ki, Şəkildə böyük şair Hüseyn Cavidin qızı Turan Cavid, Xalq şairi Səməd Vurğunun qızı Aybəniz Vəkilova və görkəmli dramaturq Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı əks olunub.

Xatırladaq ki,

Turan Cavid 12 sentyabr 2004-cü ildə vəfat edib.

Aybəniz Vəkilova 13 iyun 2009-cu ildə, 71 yaşında dünyasını dəyişib.

Gülarə Cabbarlı isə 12 fevral 2018-ci ildə, 88 yaşında vəfat edib.

Paylaşılan foto bir daha unudulmaz sənətkarların ailələrini və onların Azərbaycan mədəniyyətinə qoyduqları izləri yada salıb.

Nilay 

Oxşar Xəbərlər