MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Timatinin sevgilisi qızının tətildə olan nadir fotosunu paylaşıb

Reper Timatinin sevgilisi, model Valentina İvanova sosial şəbəkədə qızları Emma ilə istirahətdən nadir fotolar paylaşıb.

32gun.az bildirir ki, Şəkillərdən birində balaca Emma anası ilə birlikdə günəşlənərkən görüntülənib.

Xatırladaq ki, Valentina İvanova 2 avqust tarixində Timatidən qız övladı dünyaya gətirib. Məşhur reperin anası Simona Yunusova övladını və gələcək gəlinini ictimai şəkildə təbrik etmiş, doğumxanadan çəkilmiş kadrları paylaşmışdı. Həmin fotolardan birində Yunusova körpənin göbək bağını kəsərkən əks olunmuşdu. Bu addım bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilmişdi.

Timati üçün Əmma üçüncü övladdır. Onun əvvəlki münasibətlərindən iki uşağı var — 2014-cü ildə model Alyona Şişkovadan qızı Alisa, 2019-cu ildə isə bloqer Anastasiya Reşetovadan oğlu Ratmir dünyaya gəlib. Maraqlıdır ki, reper hələ də rəsmi nikaha daxil olmayıb.

Bundan əvvəl, 22 sentyabrda Timati və Valentina İvanova jurnalist Kseniya Sobçakın Moskvada keçirilən tədbirinə qatılıblar. Gecə zamanı Sobçak reperlə birlikdə çəkildiyi “Potantsuy” klipinin kadrlarını nümayiş etdirib və orada Timati ilə öpüşdüyü səhnəni sevgilisinə göstərib.

Nilay 

Oxşar Xəbərlər