Ulu Öndər Heydər Əliyevin SSRİ-nin dağılmasına az qalmış verdiyi müsahibə yenidən sosial şəbəkələrdə paylaşılaraq viral olub.
32gun.az xəbər verir ki, həmin müsahibədə jurnalist Heydər Əliyevə “Siz Qorbaçovu ölkə rəhbəri kimi necə dəyərləndirirsiniz?” sualını ünvanlayıb.
Heydər Əliyev gülümsəyərək və düşünərək belə cavab verib:
“O ki prezidentdir, prezident ədalətli və obyektiv olmalıdır.”
Jurnalistin “Bəs Qorbaçov haqqında bunu demək olarmı?” sualına isə Heydər Əliyev qısa, amma mənalı cavab verib:
“Mən də prezident necə olmalıdır, onu deyirəm.”
Qeyd edək ki, Heydər Əliyev SSRİ-nin baş katibi postuna ən real namizədlərdən biri hesab olunurdu. Lakin Mixail Qorbaçovun rəhbərlik etdiyi Kremlin müəyyən qruplaşmaları onun bu vəzifəyə yüksəlməsinə mane olmuş və nəticədə Heydər Əliyev dövlət idarəçiliyindən uzaqlaşdırılmışdı.
Ayaz