İDMAN

UEFA "Qarabağ"ı cəzalandırdı

UEFA İntizam Komitəsi "Qarabağ" klubunu cəzalandırıb.

32gun.az Publika.az-a istinadla xəbər verir ki, buna səbəb Ağdam təmsilçisinin U-19 komandasının UEFA Gənclər Liqasının IV turunda evdə "Çelsi" ilə keçirilən oyun zamanı azarkeşlərinin davranışı olub.

"Köhlən atlar"ın tərəfdarları rəqibin futbolçusuna qarşı irqçilik edib. UEFA buna görə "Qarabağ"ı 5000 avro məbləğində cərimələyib.

Oxşar Xəbərlər