Tarantino: “Paul Dano filmdə ən zəif həlqədir”
Məşhur rejissor Kventin Tarantino öz fikrincə ən zəif aktyorun kim olduğunu açıqlayıb.
32gun.az xəbər verir ki, Onun sözləri Metro nəşri tərəfindən sitat gətirilib.
62 yaşlı “Kriminal qiraət” filminin rejissoru, son 25 ilin ən sevdiyi beş film siyahısına Pol Tomas Andersonun “Neft” (“There Will Be Blood”) filmini niyə daxil edə bilmədiyini izah edib.
Tarantinonun sözlərinə görə, film ilk iki yerdən birini tuta bilərdi, əgər onda “böyük bir qüsur” olmasaydı — bu qüsur isə Paul Danodur.
Rejissor hesab edir ki, 41 yaşlı Dano həmkarı Deniel Dey-Luislə eyni səviyyədə oynaya bilməyib.
“Bu, güclü bir duet olmalı idi, amma alınmadı. O, zəif aktyordur, zəif həlqədir... gücsüz və maraqsız biridir,” — deyə Tarantino bildirib.
Onun fikrincə, həmin rola Austin Batler daha uğurla uyğun gələrdi.
Tarantino 21-ci əsrin ən yaxşı filmi kimi “Qara Şahin” (“Black Hawk Down”) filmini seçdiyini də qeyd edib.