MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Eyyub Yaqubovun pianoda canlı ifası gündəm oldu – VİDEO

Azərbaycan estradasının sevilən sənətçisi Eyyub Yaqubov sosial şəbəkələrdə yeni görüntüləri ilə gündəm olub.

32gun.az xəbər verir ki, Müğənni məşhur “Sənin eşqin məni gətirdi dilə…” mahnısını pianino arxasında canlı şəkildə ifa edərək böyük maraq doğurub.

Sənətçinin ifası izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Sosial şəbəkə istifadəçiləri Eyyub Yaqubovun ifasını yüksək qiymətləndirərək, onun canlı ifa bacarığını və səs keyfiyyətini tərifləyiblər.

Qısa müddətdə minlərlə baxış toplayan video hazırda sosial mediada geniş şəkildə paylaşılır.

Həmin görüntüləri təqdim edirik:

Nilay 

-->

Oxşar Xəbərlər