DÜNYA

Avropa üçün taleyüklü günlər başlayır – Ukrayna və Aİ eyni anda uduza bilər

Avropa İttifaqı qarşıdakı bir neçə günü “ekzistensial” mərhələ kimi qiymətləndirir.

32gun.az-in məlumatına görə "Politico" nəşrinin yazdığına görə, Brüssel eyni vaxtda iki kritik cəbhədə mübarizə aparır: Ukraynanı ABŞ və Rusiya tərəfindən hazırlanan alçaldıcı sülh sazişindən qorumaq və Kiyevi dəstəkləmək üçün nəzərdə tutulan çoxmilyardlıq kreditin maliyyələşdirilməsi üzrə razılaşmanı xilas etmək.

Aİ rəsmilərindən biri bildirib ki, bu həftə Avropa daxilində parçalanmanın daha da dərinləşməsi Ukrayna üçün “fəlakətli siqnal” olar. Onun sözlərinə görə, belə bir ssenari yalnız müharibədən əziyyət çəkən Ukrayna üçün deyil, birbaşa Avropanın özü üçün də ağır məğlubiyyət anlamına gəlir.

“Ədalətlə demək olar ki, bu halda Avropa da uduzmuş olacaq”, – deyə rəsmi vurğulayıb.

"Politico" qeyd edir ki, qarşıdakı günlər Aİ-nin həm siyasi birliyinin, həm də qlobal güc kimi etibarlılığının sınağına çevrilib. Qərarların gecikməsi və ya fikir ayrılıqlarının dərinləşməsi Brüsselin Ukrayna məsələsində təsir imkanlarını ciddi şəkildə zəiflədə bilər.

Oxşar Xəbərlər