Rusiyanın Vologda vilayətində bir qadın sevgilisi olduğu deyilən şəxsi fotosunu icazəsiz yaydığına görə məhkəmə qarşısına çıxacaq.
32gun.az yazır ki, bu barədə vilayət prokurorluğu məlumat yayıb.
Hadisə Nikolsk şəhərində baş verib. Alkoqollu vəziyyətdə olan bir kişi paltarsız halda yatarkən, bunu görən 23 yaşlı sevgilisi onu fotoşəkil çəkib. Daha sonra həmin görüntüləri sosial şəbəkələr və messencerlər vasitəsilə dostlarına göndərib. Fotoda əks olunan kişi bu paylaşıma razılıq verməyib.
Nəticədə qadın kişinin şəxsi həyatının toxunulmazlığı hüququnu pozub. Faktla bağlı Rusiya vətəndaşı barəsində cinayət işi başlanıb və iş artıq mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.
Nilay