MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Castin Biberin həyat yoldaşı imicini dəyişib.

Heyli Biber imicini dəyişdi: 90-cı illərin üslubuna dönüş

Müğənni Castin Biberin həyat yoldaşı, model Heyli Biber imicini dəyişib.

32gun.az bildirir ki, məşhur model yeni görünüşünü Instagram hesabında paylaşıb. 

Heyli Biber 90-cı illərin məşhur supermodeli Kristi Tarlinqtondan ilhamlanaraq “yumşaq bob” saç kəsimi etdirib. Model güzgü qarşısında təbii üslubda makiyaj — çəhrayı dodaq boyası ilə — poz verib. O, qara, bədəni saran lonqslev geyinib.

Qeyd edək ki, noyabr ayında Heyli Biber GQ jurnalının yeni buraxılışının siması olub. Jurnalın üz qabığında biznesvumen hovuz kənarında trambolin üzərində oturaraq qara, bütöv çimərlik geyimində kameralara poz verib. O, açıq buraxılmış, səliqə ilə düzülmüş saçları və təbii makiyajı ilə diqqət çəkib. Model həmçinin şort və topda, eləcə də çarpayı üzərində çılpaq halda fotosessiyada iştirak edib.

Daha sonra Heyli Biber ictimaiyyət qarşısına Gucci brendinə məxsus, arxası açıq, şəffaf qara libasda çıxıb. Libasın altından string alt paltarı görünüb. Model brilyant qaşlı üzük, bilərzik və sırğalarla obrazını tamamlayıb. O, saçlarını üzü ətrafında tellər buraxmaqla yığaraq, qara oxlu göz makiyajı və mat qırmızı dodaq boyası ilə fotoqraflara poz verib.

Nilay 

Oxşar Xəbərlər