Tobolsk şəhərində məhkəmə spirtli içki almaq üçün pul verməkdən imtinaya görə tanışını güllələyən yerli sakinə hökm çıxarıb. Bu barədə Tümen vilayəti məhkəmələrinin Birləşmiş mətbuat xidməti məlumat yayıb.
Məhkəmənin müəyyən etdiyinə görə, 2023-cü ilin aprel ayında günorta saatlarında təqsirləndirilən şəxs yaşayış binasının girişində tanışı ilə birlikdə olub. Onlar arasında mübahisə yaranıb və buna səbəb qarşı tərəfin alkoqol almaq üçün pul verməkdən imtinası olub. Hadisədən əvvəl şəxslər birlikdə spirtli içki qəbul ediblər.
Münaqişə zamanı təqsirləndirilən şəxs kənara çəkilib, daha sonra geri dönərək tapançaya bənzər bir əşya ilə qarşı tərəfə doğru atəş açıb. Zərərçəkən göz nahiyəsində kəskin ağrı hiss edib və qanaxma olduğunu görüb. Atəş açan şəxs isə hadisə yerindən qaçıb.
Yaralıya tibbi yardım göstərilib. Məhkəmə-tibbi ekspertiza aldığı xəsarəti sağlamlığa ağır zərər kimi qiymətləndirib. Faktla bağlı cinayət işi açılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs üç il üç ay müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum edilib.
Ayaz