ÖZ XƏBƏR

“Quyuların qazılması və tədqiqi üzrə istehsalat firması” bu qanunvericiliyini pozub

“Quyuların qazılması və tədqiqi üzrə istehsalat firması” vergi qanunvericiliyinin tələblərini pozub.

32gun.az xəbər verir ki,  sözügedən firma riskli vergi ödəyiciləri siyahısına daxil edilib.

Məlumata əsasən, şirkətin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Balıqçılar (Sahil qəsəbəsi), ev 2 olaraq göstərilir. Müəssisənin qanuni təmsilçisi isə Sücayət Musayev Həbib oğludur.

Qeyd edək ki, riskli vergi ödəyicisi statusu adətən vergi hesabatlarının düzgün təqdim edilməməsi, maliyyə dövriyyəsində şəffaflığın olmaması və ya digər qanun pozuntuları əsasında vergi orqanları tərəfindən müəyyən edilir.

Ayaz

Oxşar Xəbərlər