ÖZ XƏBƏR

Yuxunu təmin etməyin yolları – Sağlam yuxu niyə vacibdir?

Yuxu insan sağlamlığının əsas sütunlarından biridir. Yuxu rejiminin pozulması həm fiziki, həm də psixoloji problemlərə yol açır.

Yuxusuzluğun səbəbləri - Keyfiyyətli yuxu üçün nə etməli?

Stress, telefon və kompüterdən gec saatlara qədər istifadə, nizamsız qidalanma yuxunu pozan əsas amillərdir.

Yatmazdan əvvəl ekranlardan uzaq durmaq, eyni saatda yatmaq və sakit mühit yaratmaq tövsiyə olunur.

Uşaqlar və böyüklər üçün fərq

Uşaqlar üçün yuxu böyümə və inkişaf baxımından daha həlledicidir.

Nevroloq Lala Rzayevəliyeva 32gun.az-a açıqlamasında bildirib ki, yuxu sağlamlığının qorunması üçün əsas amil düzgün vərdişlərin formalaşdırılmasıdır. “Yuxu dərmanla deyil, həyat tərzi və vərdişlərlə tənzimlənməlidir. Əks halda uzun müddətli dərman istifadəsi psixoloji və fizioloji asılılıq yarada bilər” – deyə o vurğulayır.

L.Rzayeva əlavə edir ki, xüsusilə uşaqların yuxusu onların böyüməsi və beyin inkişafı üçün həyati əhəmiyyət daşıyır: “Uşaqlar kifayət qədər yuxu almadıqda diqqət çatışmazlığı, öyrənmə problemləri və emosional gərginlik müşahidə olunur. Böyüklərdə isə yuxusuzluq xroniki yorğunluq, stress və immun sisteminin zəifləməsi ilə nəticələnə bilər”.

Nevroloq valideynlər və böyüklərə tövsiyə edir ki, yuxu rejimini qorumaq üçün yatmazdan əvvəl ekranlardan uzaq durmaq, eyni saatda yatmaq və sakit mühit yaratmaq kimi sadə, lakin effektiv üsullara əməl etsinlər: “Düzgün vərdişlər, qısa zamanda yuxu keyfiyyətini artırır və dərmansız sağlam həyat üçün əsas şərtdir”.

Nilay

Oxşar Xəbərlər