Belaruslu tennisçi Arina Sobolenko Dubayda keçirilən “Cinslərin döyüşü” adlı sərgi matçında avstraliyalı tennisçi Nik Kiryosa məğlub olduqdan sonra revanş oyunu keçirmək istədiyini bildirib.
“Özümü çox yaxşı hiss edirdim, meydançada əla mübarizə apardım. Nik çətinlik çəkirdi. Bir kişi üçün mənə qarşı oynamağın asan olmamasına sevindim. Bu şou xoşuma gəldi. Düşünürəm ki, növbəti dəfə Kiryosun güclü və zəif tərəflərini daha yaxşı biləcəyəm və özümü daha yaxşı göstərəcəyəm. Mən revanş istəyirəm!” — deyə Sobolenko vurğulayıb.
Qarşılaşma Dubaydakı “Coca-Cola Arena”nın kortunda baş tutub və 6:3, 6:3 hesabı ilə Kiryosun xeyrinə yekunlaşıb.
Ayaz