Qoşqar Təhməzli bələdiyyə sədrinin müavinindən mebel alır
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi "Mebel və avadanlıqlar"ın satın alınması üzrə tenderin qalibini açıqlayıb.
32gun.az xəbər verir ki, satınalmanın qalibi Əsəd Qacar oğlu Əzizov olub. Bağlanacaq müqavilənin məbləği 36.367,6 AZN təşkil edir.
Tender çərçivəsində **eleqant beş hissəli mebel dəsti, müdir kürsüsü, təlim otağı kürsüsü, metal dolab, qəbul otağı kürsüsü, bayraq dirəyi, pufik və müsafir kürsüləri** alınacaq. Bütün avadanlıqlar göstərilən ünvanlarda quraşdırılacaq və tam işlək vəziyyətdə təhvil veriləcək.
Araşdırmalarımız zamanı müəyyən olunub ki, tenderdə qalib olan sahibkar Əsəd Əzizov eyni zamanda **Masallı bələdiyyəsinin sədr müavini**dir. Əzizovun bələdiyyə seçkilərinə qatılarkən təqdim etdiyi rəsmi sənədlərdə onun fərdi sahibkarlıqla məşğul olduğu açıq şəkildə qeyd olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə hazırda Qoşqar Təhməzli rəhbərlik edir.
Ayaz