SOSIAL

ABŞ senatoru Kuba və Kolumbiyanı “narkotik xəlifəliyi” adlandırdı

Venesueladan başqa, Kolumbiya və Kuba da ABŞ-da “narkotik xəlifəliyi” kimi tanınan ölkələr sırasına daxildir və Kubanın günləri artıq sayılıdır.

32gun.az xəbər verir ki, bu fikirləri ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem jurnalistlərə ABŞ prezidenti Donald Trampın prezident təyyarəsində açıqlayıb. Məlumatı The Times yayıb.
Qremin sözlərinə görə, Tramp ABŞ-ın “həyətini” narkotik-terrorçu diktatorların idarə etdiyi ölkələrdən təmizləmək niyyətindədir. Senator bildirib ki, bu ölkələr ABŞ-a narkotik maddələr gətirərək minlərlə amerikalının həyatını məhv edirlər.
“Gözləyin, Kubayla nə olacağını görəcəksiniz. Kuba keşişləri və rahibələri repressiyaya məruz qoymuş kommunist diktaturadır. Onlar öz xalqına qarşı ov aparıblar. Onların günləri sayılıdır”, — deyə Qrem vurğulayıb.
O, həmçinin ümid etdiyini bildirib ki, 2026-cı ildə amerikalılar bu ölkələrdə ABŞ-la biznes aparacaq “müttəfiqləri” görəcəklər.
Qeyd edək ki, 4 yanvar 2026-cı ildə ABŞ dövlət katibi Marko Rubio Kubanın Venesueladan sonra ABŞ-ın növbəti hədəfi ola biləcəyini bəyan edib. Yanvarın 5-də isə prezident Donald Tramp Kubaya qarşı heç bir tədbirə ehtiyac olmadığını, çünki ölkənin “öz-özünə çökəcəyini” deyib.
Bundan əlavə, 23 dekabr 2025-ci ildə Donald Tramp Kolumbiya prezidenti Qustavo Petrodən ölkədə narkotik istehsalının qarşısını almağı tələb edib. Yanvar ayında isə ABŞ lideri 3 yanvar 2026-cı ildə Venesuelaya edilən və ölkə prezidenti Nikolas Maduronun ələ keçirilməsi ilə nəticələnən əməliyyata bənzər şəkildə Kolumbiyaya qarşı hərbi əməliyyatın mümkünlüyünü istisna etməyib.
Buna cavab olaraq, Qustavo Petro Trampın ittihamlarını rədd edib və ABŞ-ın hücumu və ya özünün saxlanılması halında amerikalıları xalq qəzəbi və silahlı müqavimətlə hədələyib. O, vəziyyət tələb edərsə, “silaha sarılacağını” bəyan edib.
Eyni zamanda, Çin ABŞ-ın Kuba və Kolumbiyaya qarşı səsləndirdiyi təhdidləri pisləyib.

Ayaz 

Oxşar Xəbərlər