ÖZ XƏBƏR
İri şəhərlərin Birleşmiş Su Təchizatı Xidməti təsərrüfat mallarını satın alır - 1 milyona
“İri Şəhərlərin Birleşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsi təsərrüfat sahəsi üçün müxtəlif mal-materialların alınması məqsədilə tender elan edib.
32gun.az xəbər verir ki, ehtimal olunan məbləğ 993.020,74 AZN-dir. Tender çərçivəsində balonlar oksigen qazı üçün 30 ədəd, propan qazı üçün 50 ədəd, baltalar 2 kq-lıq və sapı ilə 300 ədəd, başlıqlar yaylı oynaqla və açar dəstəyi üçün 6 ədəd, bel çalovlar sapı ilə 2.000 ədəd və düz bellər sapı ilə 3.000 ədəd olmaqla alınacaq.
Ayaz