ÖZ XƏBƏR
“SPOTNAR AB” MMC riskli vergi ödəyicisi elan edilib – 14 min manatdan çox borc üzə çıxıb
“SPOTNAR AB” Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi qanunvericiliyini pozduğu müəyyən edilib.
32gun.az xəbər verir ki, Aparılan araşdırmalara əsasən, şirkət hazırda riskli vergi ödəyicisi statusunda göstərilir. Əldə etdiyimiz digər məlumata görə, MMC-nin dövlət büdcəsinə olan vergi borcu 14.527,18 AZN təşkil edir. Şirkət Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, 20 Yanvar küçəsi, ev 19, mənzil 66 ünvanında qeydiyyatdadır.
Qeyd olunur ki, “SPOTNAR AB” MMC-nin qanuni təmsilçisi Zülfiyyə Allahverdiyeva Teymur qızıdır. Vergi orqanları tərəfindən riskli vergi ödəyicisi kimi tanınan şirkətlərin fəaliyyəti xüsusi nəzarətdə saxlanılır və bu status onların maliyyə və təsərrüfat fəaliyyətinə mənfi təsir göstərə bilər.
Ayaz