ÖZ XƏBƏR
Naxçıvanda 30 mənzilin əsaslı təmiri üçün 314 min manatlıq satınalma
Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən Naxçıvan şəhəri Babək məhəlləsi 25 və N.Tusi küçəsində yerləşən 30 mənzilin əsaslı təmiri və zəruri avadanlıqlarla təmin edilməsi ilə bağlı satınalma proseduru yekunlaşdırılıb.
32gun.az xəbər verir ki, satınalmaların rəsmi portalında yer alan məlumata əsasən, sözügedən işlərin icrası “AZSUR GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub. Layihə çərçivəsində tərəflər arasında 314.433,08 AZN məbləğində müqavilənin bağlanması nəzərdə tutulur.
Məlumata görə, təmir işləri yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır və mənzillərin zəruri avadanlıqlarla təmin olunmasını da əhatə edir.
Ayaz