ÖZ XƏBƏR

Dövlət Reklam Agentliyi 1C proqram təminatı üçün texniki dəstək xidməti alacaq

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Publik Hüquqi Şəxsi “1C” proqram təminatı üzrə texniki dəstək xidmətinin satınalınması üçün prosedur həyata keçirib.

32gun.az xəbər verir ki, xidmət Aparat və 9 tabeli təşkilat üzrə 1C: Kompleks avtomatlaşdırma proqram təminatının mövcud infrastrukturunun təhlili, texniki problemlərin operativ həlli, mütəmadi yenilənməsi və optimallaşdırılması, istifadəçilərin təlimi və daimi texniki dəstəyi, performansın artırılması, məlumatların təhlükəsizliyinin təmin edilməsi və cari profilaktik sazlanma işlərini əhatə edəcək. Xidmət həmçinin maliyyə-uçot, mühasibat, təchizat və təminat, kadr uçotu və aktivlərin idarə olunmasının rəqəmsallaşdırılmasına da dəstək verəcək.

Eyni zamanda, agentlik mövcud icazələr portalı və idarəetmə uçot sistemi arasında mübadilə mexanizmi, həmçinin maaş və kadr uçot sisteminin EMAS portalı ilə inteqrasiyasını təmin edəcək.

Satınalmanın ehtimal olunan qiyməti 88.050,01 AZN olaraq göstərilib və xidmət 12 aylıq müddəti əhatə edəcək.

Ayaz

Oxşar Xəbərlər