ÖZ XƏBƏR
Təcili Tibbi Yardım Mərkəzində satınalma ləğv edildi – səbəb
“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsi tərəfindən “Hyundai Sonata” markalı avtomobillərin əsaslı təmiri üçün ehtiyat hissələrinin satınalınması məqsədilə elan olunmuş müsabiqə ləğv edilib.
32gun.az xəbər verir ki, satınalma 12 yanvar 2026-cı il saat 16:21-də rəsmi olaraq dayandırılıb. Ləğv edilmə səbəbi kimi bildirilib ki, müsabiqədə iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub. Bu hal “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinə əsasən müsabiqənin ləğvini zəruri edib.
Qeyd edək ki, sözügedən satınalmanın ehtimal olunan qiyməti 13.549,94 AZN təşkil edirdi.
Ayaz