Hindistanın müdafiə sahəsində satınalmaları və hərbi texnika tədarükçülərinin seçimi ideoloji xarakter daşımır.
32gun.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Vikram Misri bildirib. Məlumatı RIA Novosti yayıb.
Nazirin sözlərinə görə, bu məsələdə Hindistanın yanaşması tamamilə milli maraqlarla müəyyən olunur. Əgər Yeni Dehli hər hansı hərbi məhsulu ölkə daxilində istehsal etmək əvəzinə xaricdən almağa qərar verərsə, hökumət onu ən əlverişli şərtlərlə haradan əldə etməyin mümkün olduğunu araşdırır.
Vikram Misri bu fikirləri Almaniya kansleri Fridrix Mertsin Berlinin Hindistanla təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək və ölkənin Rusiyadan asılılığını azaltmaq niyyətində olması barədə bəyanatına münasibət bildirərkən səsləndirib.
Ayaz