İDMAN
Futbol qaydalarında DƏYİŞİKLİK
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) komandalara bir matçda beş əvəzetmə etməyə icazə verən qayda dəyişməyəcək.
32gun.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.
Bildirək ki, əvvəllər koronavirus pandemiyası ilə əlaqədar komandalarda futbolçu çatışmazlığıma görə bu qayda tətbiq olunurdu.
Qurum bugünkü iclasda həmçinin ehtiyatdakı maksimal oyunçu sayının 12-dən 15-dək artırıldığını bildirib. Bu, yarış təşkilatçılarının istəyindən asılı olacaq. //offsideplus.az