SOSIAL

İcra başçısı toya getmək istəyən işçilərinin qarşısını kəsdi- İştirak etmələrinə qadağa qoydu (FOTO)

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov daha bir qalmaqalla gündəmə gəlib.

32gun.news-un əldə etdiyi məlumata görə, R.Babaşov İcra hakimiyyətində işləyən şəxslərə toya getməyə qadağa qoyub.

Belə ki, sözügedən icra hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Ballayev Elçin Nəriman oğlunun avqustun 15-də rayonun "Orxan" Şadlıq sarayında toy məclisi baş tutub.
E.Ballayev də toya Qazax Rayon İcra Hakimiyyətində işləyən öz iş yoldaşlarını dəvət edib.
Ancaq R.Babaşov toya hazırlaşan şəxslərin qarşısını kəsərək onların məclisin baş tutduğu ünvana getməsinə mane olub. İcra başçısı bildirib ki, toy məclisində iştirak edəcək şəxslər işdən azad olunacaq.

Toya getmələrinə icazə verməmək səbəbi kimi "Məhərrəmlik ayı"nın olmasını bəhanə gətirib.

Toya getməkdən məhrum qalan, adının açıqlanmasını istəməyən icra nümayəndəsi saytımıza onu da qeyd edib ki, pandemiyadan əvvəlki vaxtlarda Məhərrəmliyin 3 günündən sonra hər zaman bu zonada toylar keçirilib.

Ballayev Elçin rayonun tanınmış həkim Əşrəf Novruzovun qızı Fidanla ailə həyatı qurub. Hazırda E.Ballayevin məzuniyyətdədir.

Nilufər

Oxşar Xəbərlər